Plastik konteynerlər
Müasir xarici avadanlıqda istehsal olunan mükəmməl keyfiyyətli iritutumlu plastik konteynerlər
Plastik konteynerlər
İlkin polietilen xammalından istehsal edilən konteynerlər müxtəlif növ məhsulların yığılması, daşınması və saxlanması üçün nəzərdə tutulub. Konteynerlərin xüsusi simmetrik forması onların anbarlarda və soyuducularda rahat yerləşdirilməsi üçün nəzərdə tutulub. Temperatur dəyişikliklərinə davamlı, qida məhsulları üçün tam təhlükəsiz, nəm, göbələk və kif əmələ gətirməyən, yüngül çəkili bu yeşiklər kənd təsərrüfatı və sənaye məhsullarının yığılması, daşınması və saxlanmasında əvəzolunmaz vasitədir.
Ölçülər: 120x100x55
Ölçülər: 120x100x76
Ölçülər: 120x100x76
“METAK” şirkətinin HDPE materialından istehsal etdiyi konteynerlər bağ və anbarlarda meyvə və tərəvəzlərin yığılması və saxlanması, eləcə də böyük market şəbəkələrində istifadə üçün nəzərdə tutulub.
Regionda ən böyük injeksiya maşınında istehsal olunan plastik yeşiklər istifadədə rahat olmaqla yanaşı bir sıra üstünlüklərə malikdir:
- Xüsusi erqonomik parametrlərə malikdir
- Qida məhsulları üçün tam təhlükəsizdir
- Keyfiyyətli xammaldan istehsal olunur
- Ətraf mühitin müxtəlif amillərinə, o cümlədən günəş işığına, kəskin temperatur dəyişikliklərinə və rütubətə qarşı davamlıdır
- Daşıma, yükləmə və boşaltma işlərini qat-qat tezləşdirir
- Qulluq göstərmək asandır, kimyəvi vasitələrin təsirinə məruz qalmır
- Rahatlıqda yuyula və dezinfeksiya oluna bilir
- Mexaniki təzyiqə və sürtülməyə qarşı davamlıdır
Təkərli konteyner
Sifarişçinin istəyi ilə təkərli konteynerlərdə hazırlanır
Konteynerin metal təkərləri Ø200 mm ölçülü rezinləşdirilmiş metal içlik və diyircəkli yastıqla təchiz olunmuşdur.
Rəng seçimi
Plastik konteynerlərin istənilən rəngdə istehsal olunması mümkündür
Hazırda boz, yaşıl, tünd boz, qırmızı və qara rənglər mövcuddur.