Metal emalı / METAK - Geniş profilli ticarət və sənaye şirkəti

Metal emalı

Metal emalı üzrə müxtəlif növ xidmətlərin göstərilməsi

Metal əymə

Əymə metalın çöl qatının dartılması və daxili qatının sıxılması sayəsində məmulatın tələb olunan ölçü və formanı (konfiqurasiyanı) qəbul etməsi ilə nəticələnən əməliyyatdır

Şirkətimizin təqdim etdiyi xidmətlərdən biri də metal əymədir. Qaynağı əvəz etmiş bu xidmət növünə tələbat gündən-günə artmaqdadır. Qaynaq tikişi zəif bənd olduğundan adətən aktiv şəkildə korroziyaya uğrayır ki, bu da metal məmulatının bütövlüyünün pozulması ilə nəticələnir. Metal təbəqələri əymə isə tikişsiz bütöv konstruksiyalar əldə etməyə imkan verir.

Metal əymə

Metal kəsmə

"METAK" şirkəti sifarişçilərin tələblərinə uyğun olaraq Uzay lentli-mişar dəzgahında metal kəsmə xidmətini təklif edir

Kəsmə metal emalı ilə məşğul olan istənilən istehsalatın əsas proseslərindən biridir. Məhz bu səbəbdən "METAK" şirkəti sifarişçilərin tələblərinə uyğun olaraq Uzay lentli-mişar dəzgahında metal kəsmə xidmətini təklif edir. Bu dəzgahdan bütöv məmulatların, dairəvi və düzbucaq kəsimli boruların və çubuqların (Ø600 mm qədər) kəsilməsində istifadə olunur.

Uzay dəzgahında kəsmə-mişarlama eninin azaldılması metal sərfini optimallaşdırmağa, elektrik enerjisi sərfini azaltmağa və məhsuldarlığı artırmağa imkan verir. Belə kəsmə üsulunun üstünlüyü ondadır ki, mişarlamanın yüksək dəqiqliyi və keyfiyyəti sayəsində kəsilmiş səthin əlavə emala ehtiyacı olmur.

Metal kəsmə

Gilyotin

Bu üsul yüksək kəsmə dəqiqliyi, keyfiyyəti, yüksək metal doğrama sürəti və minimal metal itkisi ilə seçilir

Əsas üstünlükləri: yüksək kəsmə dəqiqliyi, sürətli metal doğrama, yüksək keyfiyyət (kəsmənin təmizliyi, yanmış kənarların olmaması, hamar kənarlar) və minimal metal itkisi. Gilyotinlə doğrama metalın yüksək dəqiqliklə həm uzununa, həm də eninə keyfiyyətli kəsilməsinə imkan verir. Məhz buna görə bu üsul həm az sayda metal məhsulları üçün, həm də kütləvi istehsal üçün səmərəlidir. Metal təbəqənin maksimal uzunluğu 2500 mm, qalınlığı 4 mm qədərdir.

Gilyotin

Boru əymə

"METAK" şirkəti müxtəlif diametrli boruları minimal radiusla əyməyə imkan verən avadanlıqlara malikdir

Boru əymə pilləkən məhəccərlərin və digər metal konstruksiyaların hazırlanması üçün zəruridir. "METAK" şirkətində müxtəlif diametrli boruları minimal radiusla əyməyə imkan verən avadanlıqlar mövcuddur. Dəzgah dairəvi, kvadrat və düzbucaqlı, 15-102 mm diametrli boruları əyməyə imkan verir. Boru və profillərin əyilməsi məmulat üzərində batıq və cızıqlar olmadan, 600 mm qədər radiusda həyata keçirilir.

Boru əymə
logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

958

office@metak.az
© 2024 METAK