Sinklənmiş məftil
Sinklənmiş məftil (sim) - nazik, uzun və əyilə bilən, en kəsiyi dairəvi olaraq hazırlanmış və sink təbəqə ilə örtülmüş metal məhsuludur. Sinklənmiş məftillərin istismar müddəti sink örtüyünün yüksək sıxlığı sayəsində azkarbonlu məftillərdən 3 dəfə artıqdır və korroziyaya qarşı daha davamlıdır. Məftillərdən tikintintidən başlayaraq bağçılığa qədər bir çox sahələrdə geniş istifadə olunur.