Dirsək çöl yivli
Metal və plastik kütlələrin qarışığından hazırlanmış bu dirsək isitmə sistemləri, eləcə də içməli və ya texnoloji suların nəqli sistemlərində boru kəmərinin istiqamətini dəyişdirmək üçün nəzərdə tutulmuşdur. Bu dirsəyin köməyi ilə polad təcrid klapanını və ya polad boru kəmərini polipropilen boruya asanlıqla qoşmaq mümkündür. İç yivli dirsəyin əksidir.