Dirəkli işkələ / METAK - Geniş profilli ticarət və sənaye şirkəti

Dirəkli işkələ

Üfüqi dayaq tirlərinin quraşdırılması üçün istifadə olunan işkələ və aksessuarlar

İşkələli dayaq və aksessuarlar

Belə konstruksiyalar tikintidə böyük yüklərin saxlanılması üçün üfüqi dayaq tirlərinin quraşdırılmasında istifadə olunur. Birləşmə elementlərinin sadəliyi və rahatlığı işkələlərin qısa müddətdə yığılıb-sökülməsinə imkan verir. Qurğunun əsasını eni 1500 mm olan dəmir çərçivələr təşkil edir. Tələbata uyğun olaraq qurğunu üç müxtəlif hündürlükdə (1100 mm, 1500 mm və 1800 mm) quraşdırmaq mümkündür. Etibarlı diaqonal birləşmələr yan çərçivələrin bir-biridən 2 metr aralıqda yerləşdirilməsinə imkan verir ki, bu da konstruksiyanın daha böyük sahədə quraşdırılmasını təmin edir. Üst və alt tənzimlənən dayaqlar (tutacaqlar) qurğunun hündürlüyünü səlis və dəqiq tənzimləməyə imkan verir

İşkələli dayaq
Tir H20

Tir H20

H20 tirləri üfüqi dayaq sistemlərinin əsasını təşkil edir. Tirlər öz nominal yükdaşıma qabiliyyətini saxlamaqla çökməyərək, əyrilik və çatlar əmələ gətirməyərək böyük sahələrdə quraşdırıla bilər. Belə tirlər suya davamlı boya ilə rəngləndiyindən çətin hava şəraitində də istifadə oluna bilər. Sifarişçinin istəyindən asılı olaraq tirlər 2,5 m-dən 6 m-ə kimi uzunluqlarda hazırlana bilər.


Tir dayaqlar

Tir dayaqlar

Dayaq tirlərinin yerləşdirilməsi üçün nəzərdə tutulur. Hündürlüyü 50-100 sm arasında tənzimlənir. Dirəyin əsası 48 mm-lik yivli borudan hazırlanır.


Tənzimləyici dayaq

Tənzimləyici dayaq

Belə dayaqlar qurğuların hündürlük üzrə tarazlaşdırılması üçün nəzərdə tutulur. Beləliklə, işkələni nahamar səthlərdə quraşdırmaq mümkün olur. Dayağın tənzimləmə hündürlüyü 50-100 sm arasında dəyişir. Dayaq 150x150 mm-lik lövhədən, 48 mm-lik yvli borudan və tənzimləyici qaykadan ibarətdir.

logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

958

office@metak.az
© 2024 METAK