Flanslı işkələ
İşkələlərin laxlamasına imkan verməyən konstruksiyadır
Flanslı işkələ və aksessuarlar
Flanslı işkələlər ən etibarlı işkələ növüdür. İşkələlərin laxlamasına imkan verməyən konstruksiya sayəsində onları istənilən mürəkkəblikdə olan fasadların üzərində 100 metr hündürlüyə kimi quraşdırmaq olar.
Xüsusi qıfıl ilə ayrı-ayrı hissələrin birləşməsi istənilən konfiqurasiyada qurğuların etibarlı və cəld yığılmasına imkan verir. Flanslı işkələlər universal olduğundan onların istifadə sahələri qeyri-məhduddur və istənilən metal qurğuların yığılmasında istifadə oluna bilər. Flanslı işkələlər əlavə olaraq görüləcək işlərin daha rahat həyata keçirilməsi üçün diaqonal nərdivan və ayaqaltı ilə təmin oluna bilər.
ağır çəkili | yüngül çəkili | |
---|---|---|
İşçi sahəsi, m2 | 5 | 5 |
Uzunluğu (L), mm | 2500 | 2500 |
Eni (W), mm | 1000 | 1000 |
Hündürlüyü (H), mm | 2000 | 2000 |
Bir seksiyanın çəkisi, kq | 64 | 68 |
Diaqonal nərdivan
Nərdivan 5 mm-lik poladdan hazırlanaraq profil boru ilə gücləndirilib. İşlərin təhlükəsizliyini təmin etmək üçün pillələr üzərində çıxıntılar döyülüb. Nərdivan 45° bucaq altında diaqonal olaraq qurulur və işkələnin üfüqi hissələrinə qarmaqlarla bərkidilir. Nərdivan 500 kq-a qədər çəkiyə davam gətirə bilər.
Ayaqaltılar
Ayaqaltılar 5 mm-lik polad lövhələrdən hazırlanaraq profil borulardan yığılmış çərçıvə ilə gücləndirilib. İşçi səthin üzərində təhlükəsizliyi təmin etmək üçün çoxlu sayda deşiklər açılıb. Ayaqaltı qarmaqlar vastəsi ilə işkələnin üfüqi hissələrinə bərkidilir.