Təkərli ayaqaltılar
İş prosesini sürətləndirmək və inşaatçıların işini asanlaşdırmaq üçün tikinti avadanlıqlarının ən vacib elementlərindən biri
Təkərli ayaqaltılar
Binaların daxili və xaricində iş prosesini sürətləndirmək və inşaatçıların işini asanlaşdırmaq üçün tikinti avadanlıqlarının ən vacib elementlərindən biri təkərli ayaqaltılardır. Bu cür səyyar ayaqaltılar 6 m hündürlüyə kimi binaların içərisində və fasadlarında təmir işlərinin aparılmasına imkan verir. Dörd mərtəbəli seksiyalar asan yığılır, sökülür və təhlükəsizlik standartlarına uyğun hazırlanır. Vəziyyətin fiksaj edilməsi üçün 4 təkərin hər biri əyləc sistemi ilə təchiz olunmuşdur. Hər təkərin öz oxu ətrafında 360° dönmə imkanı var ki, bu da dar sahələrdə belə hərəkət etməyə imkan verir. Ayaqaltılar digər növlərdən kiçikölçülü detalların azlığı ilə fərqlənir. Diaqonal və şaquli birləşmələrin bərkidilməsi “bayraqcıq” sistemi ilə həyata keçirilir. Ayaqaltıların quraşdırılması, sökülməsi və yerinin dəyişdirilməsi üçün iki nəfər işçi kifayət edir.
Ayaqaltıların əsas xüsusiyyətləri yünqül çəkisi, konstruksiyanın möhkəmliyi, yığılıb-sökülmənin asanlığı və səyyar olmasıdır. Bu xüsusiyyətlər ayaqaltıların ən tələbkar mütəxəssislərin belə rahat və təhlükəsiz iş tələblərinə cavab verir.
İstifadə olunan boruların ölçüləri | ||||
---|---|---|---|---|
Bölmələrin sayı | 1 | 2 | 3 | 4 |
Uzunluğu, mm | 2000 | 2000 | 2000 | 2000 |
Eni, mm | 1070 | 1070 | 1070 | 1070 |
Hündürlüyü, mm | 1830 | 3330 | 4830 | 6330 |