Cənab Prezident Balaxanı SP-ki METAK zavodumunun açılış mərasimində

XƏBƏRLƏR

Xəbər və yeniliklərimizdən xəbərdar olun
XƏBƏRLƏR
Cənab Prezident Balaxanı SP-ki METAK zavodumunun açılış mərasimində
  • 22 İYUL 2017

Cənab Prezident Balaxanı SP-ki METAK zavodumunun açılış mərasimində

22 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Balaxanı Sənaye Parkının açılış mərasimi keçirilmişdir

Parkın idarəedici təşkilatı “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətidir.

Ərazisi 8,3 hektar təşkil edən Balaxanı Sənaye Parkında digər rezidentlərlə yanaşı METAK MMC-nin də zavodu fəaliyyətə başlamışdır. Burada “Təmiz Şəhər” layihəsi çərçivəsində toplanılan tullantı kağızından meyvə altlıqlarının (alveol) və karton qutuların istehsalı, ikinci əl xammaldan müxtəlif təyinatlı taraların hazırlanması həyata keçiriləcək. Hal-hazırda zavodda 20 nəfər işçi çalışır. Gələcəkdə daha çox iş yerlərinin açılması gözlənilir. Qeyd etmək lazımdır ki, Sənaye Parkı bütün zəruri infrastrukturla təmin olunub: Kommunal xidmətlər - elektrik, su, kanalizasiya, qaz və istilik təchizatı, tullantıların toplanması və daşınması, telefon xətti, ADSL internet bağlantısı; Daxili xidmətlər - yük maşını üçün tərəzi, anbar, təmir emalatxanası, inzibati bina (ofis), əməliyyat binası (yeməkxana, duş kabinləri, soyunma-geyinmə otağı və sair), birmərtəbəli istehsal binaları; Ümumi xidmətlər - avtobus xidməti, avtomobil dayanacağı, hasarlanmış ərazi, təhlükəsizlik və mühafizə (yanğından mühafizə sistemi də daxil olmaqla), müntəzəm ekoloji monitorinq.


logo

1997-ci ildən fəaliyyət göstərən əsl Azərbaycan brendi

ƏLAQƏ

Böyük Şor 15 A, AZ1029
Bakı, Azərbaycan

958

office@metak.az
© 2024 METAK