XƏBƏRLƏR
Xəbər və yeniliklərimizdən xəbərdar olun
- 25 YANVAR 2018
METAK istiqrazları 2018-ci ilin ən yaxşı investisiya alətidir.
METAK istiqrazlarında təklif olunan illik gəlir 14%-dir
METAK istiqrazlarının 2018-ci ildə ən yaxşı investisiya aləti olacağı hesab olunur. Bunu deməyə istiqrazın göstəriciləri əsas verir.
Bank depozitlərindən üstündür.
METAK istiqrazlarında təklif olunan illik gəlir 14%-dir.
Riski bankların riskindən azdır.
Bundan başqa banklarda xarici valyuta məzənnələrində yarana bilən və ya bankın əleyhinə olan dəyişikliklərdən, həmçinin bankın xarici valyutada olan aktivlərinin dəyərdən düşməsi nəticəsində bank riskləri yarana bilər. Həmçinin, banklara xas olan likvidlik riskləri METAK istiqrazlarında demək olar ki, sıfıra bərabərdir, çünki bir qayda olaraq istiqraz verən, istiqraz ixrac edən şirkətin mənfəət-zərər riskinə qatılmır. Gəliri hər zaman sabitdir. Məhz bu göstəriciyə görə istiqrazlar səhmlərdən də üstün sayılır. Adətən səhm sahibləri şirkətin aktivlərindən bütün borclar ödənildikdən sonra qalan gəliri bölür.
İlin əvvəlində investisiya edib il ərzində gəlir götürmək mümkündür.
METAK istiqrazlarına sahib olanlar ilin əvvəlində investisiya edib il ərzində gəlir götürmək imkanına malik olacaqlar. Belə ki, İstiqrazlar üzrə ödənilməli olan faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 3 aydan bir ödəniləcəkdir.
Əlavə olaraq, istiqrazların emitent tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlar tərəfindən 6 aydan sonra geri satın alınmasına imkan verir.
Likvidlik
METAK istiqrazlarının likvidliyi yüksəkdir. Belə ki, AzFinance hər bir alıcıya onun istədiyi tarixdə istiqrazları geri almaq imkanı verir.
Bununla da Azərbaycanda ilk dəfə AzFinance investisiya şirkəti müəssisə istiqrazına sahib olmaq imkanı yaradır.
METAK istiqrazları bir illikdir və bu istiqrazları bir il saxladıqdan sonra AzFinance investisiya şirkətinə satmaq mümkündür.
Alternativlər daha aşağı faizli gəlirlər vəd edir
METAK istiqrazlarına alternativ olan digər korporativ istiqrazlar 5% - 6% təklif etdikləri halda METAK istiqrazları illik 14 % gəlirlilik təklif edir. Qeyd edək ki, METAK istiqrazlarının yerləşdirilməsi xarici valyutanın stabilliyi dövrünə təsadüf edir.
Xatırladaq ki, METAK istiqrazlarının sayı 2 000 (iki min) ədəddir. Hər birinin nominal dəyəri isə 1 000 (min) manatdır.
Son xəbərlər
METAK komandası "Qələbə qaçışı" marafonunda iştirak edib!
03 NOYABR 2024
METAK şirkəti “METAL EXPO 2024” sərgisində iştirak edir
30 OKTYABR 2024
METAKOZAVR "RedBull Soapbox Race Baku - 2024" yarışında!
22 SENTYABR 2024
Futbol çempionatının final oyunu baş tutub
05 SENTYABR 2024