Rəngləmə və qumlama xidmətləri
Metal məmulatlarının səthlərinin rəngləmə qabağı hazırlanması və keyfiyyətli boyanması xidmətlərini təklif edirik
Toz boya ilə rəngləmə
Metal konstruksiyaların toz boya ilə RAL cədvəli üzrə istənilən rəngə boyaması
Yüksək keyfiyyətli texnoloji, iqtisadi və estetik keyfiyyətlərinə görə bu gün toz boya maye boyaları sürətlə əvəz edir. Toz boyanın müsbət cəhətləri: kimyəvi təsirə, korroziyaya, temperatur dəyişikliklərinə, zərbəyə davamlıq və örtüyün uzunömürlülüyü. Şirkətimiz bütün mərhələlərdə - məmulatların boyamaya hazırlanması prosesindən hazır örtüyün alınmasına kimi - keyfiyyətə ciddi nəzarət edir. Boyanan məmulatın maksimal ölçüləri: 1x2x4 m.
Rəngləmə
Uzun ölçülü məhsulların rənglənməsi və polimerləşdirilməsi
Şirkətimiz uzun ölçülü məhsulların rənglənməsi və polimerləşdirilməsi üçün bütün lazımi avadanlıqlarla təchiz olunub. Biz rənglənəcək məhsulların ölçüsündən asılı olmayaraq həm profillərin, həm də metal boruların rənglənməsi işinin öhdəsindən gələ bilirik.
Qumlama
Metal səthlərin boyadan, korroziyadan, köhnə qaynaq izlərindən qum vasitəsi ilə təmizlənməsi
Qumlama metal səthlərin boyadan, korroziyadan, köhnə qaynaq izlərindən təminzlənməsi üçün ideal vasitədir. Təmizləmə işlərinin aparılmasında istifadə olunan əsas material məhz qum olduğuna görə bu texnoloji proses qumlama adlanır.
Qumlama metal səthlərin rənglənməyə hazırlığının əsas mərhələsidir. Rəngləmənin keyfiyyəti və məhsulun uzunömürlüyü məhz bu prosesin effektivliyindən asılıdır.