Tenderlər
Təchizatçı şirkətləri əməkdaşlığa dəvət edirik
“METAK” şirkəti yeni əməkdaşlığa hər zaman açıqdır. Məqsədimiz alıcılarımıza yüksək keyfiyyətli məhsulların sərfəli qiymətlərə təqdim olunması üçün tədarükçülər ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmaq və inkişaf etdirməkdir. Şirkətimizdə satınalmaların təşkili effektivlik, rəqabət, şəffaflıq və ədalət prinsiplərinə əsaslanır.
Yerli tədarükçülərə biz xüsusi diqqət yetiririk. Bu dəstək yerli mal və xidmət istehsalçıları üçün biznes mühitinin genişləndirilməsi va satışların artırılması ilə bağlı əla imkanlar yaradır.
“METAK” şirkətinin təchizatcıları aşağıda qeyd olunan meyarlara cavab verməlidirlər:
- Tələb olunan sahədə peşəkar bilik və bacarıqlara malik olmaq;
- Öhdəliklərin icrası üçün tələb olunan istehsalat gücünə, avadanlıqlara, resurs və digər vasitələrə malik olmaq;
- Məhsulları sifarışin şərtlərinə uyğun razılaşdırılmış müddətlərdə təhvil vermək;
- Məhsulların razılaşdırılmış keyfiyyət standartlarına cavab verməsini təmin etmək;
- Tələb olunan təchizat həcmlərinə əməl etmək;
- Tələb olunan müşayiət sənədlərini təqdim etmək;
- Məhsulların razılaşdırılmış qiymətlərə cavab verməsini təmin etmək.
“METAK” şirkətinin təchizatçısı olmaq və aktual satınalma sorğuları üzrə təkliflər göndərmək üçün Təchizatçılar Portalında qeydiyyatdan keçmək tövsiyyə olunur.